...

Türkiyə Naxçıvanla azad ticarət zona yaradır - nazir

İqtisadiyyat Materials 19 İyun 2017 03:32 (UTC +04:00)
Türkiyə Naxçıvanla azad ticarət zona yaradır
Türkiyə Naxçıvanla azad ticarət zona yaradır - nazir

Bakı. Trend:

Türkiyə Naxçıvanla azad ticarət zona yaradır. Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.

"Türkiyə iqtisadiyyat nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", deyə nazir bildirib.

Zeybekçi qeyd edib ki, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərə aparılan ticarətdən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti