...

Bakı sərnişin vağzalında ödənişsiz aksiya (FOTO)

İqtisadiyyat Materials 28 İyul 2017 15:58 (UTC +04:00)
Bakı dəmir yolu vağzalında, könüllülük prinsipi əsasında, təmənnasız olaraq, Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.
Bakı sərnişin vağzalında ödənişsiz aksiya (FOTO)

Bakı. Trend:

Ümumdünya Hepatit Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin, LOR hospitalının və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə, Bakı dəmir yolu vağzalında, könüllülük prinsipi əsasında, təmənnasız olaraq, Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd əhalinin maariflənməsində və bu təhlükəli virusların ilkin müayinəsinin aparılmasında, bir səhiyyə qurumu olaraq, öz töhfəsini verməkdir.

Xatırladaq ki, 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi tərəfindən bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə yönəltmək məqsədilə, 28 iyul Ümumdünya Hepatit Günü elan olunub. Bu günün məhz iyulun 28-də qeyd olunması Hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətinə görə Nobel mükafatı alan professor Barunch Blumberqin anadan olduğu tarixlə bağlıdır.

Aksiya çərçivəsində 100-ə yaxın vətəndaşda Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti