...

“Bu yay üzünüzə güləcək” lotereyasının qalibləri müəyyən olunub (FOTO)

İqtisadiyyat Materials 1 Avqust 2017 12:45 (UTC +04:00)
“Bu yay üzünüzə güləcək” lotereyasının qalibləri müəyyən olunub.
“Bu yay üzünüzə güləcək” lotereyasının qalibləri müəyyən olunub (FOTO)

Bakı. Trend:

“Bu yay üzünüzə güləcək” lotereyasının qalibləri müəyyən olunub. Lotereya 7 nəfərin üzünü güldürüb. Bu gün "AccessBank"ın baş ofisində “Bu yay üzünüzə güləcək” lotereyasının 1-ci tirajının oynanılması baş tutub.

Bankdan Trend-ə verilən məlumata görə, 1-ci tirajda Antalyaya 2 nəfərlik səyahət, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanılıb.

Kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə keçirilən uduş fondunun oynanılmasında 40 000-ə yaxın bilet iştirak edib. 1-ci tirajın yekununa görə 7 müştəri dəyərli hədiyyələri qazanıblar. Qaliblərin müştəri kodları ilə Bankın saytından tanış olmaq mümkündür.

Lotereyanın şərtlərinə görə müştərilər "AccessBank"dan əldə etdikləri Mastercard ödəniş kartları ilə cəmi min. ekv. 20 AZN məbləğində nağdsız əməliyyat keçirməli idilər. Birinci turda 22 iyun – 20 iyul tarixləri ərzində nağdsız şəkildə ödənişlər edən müştərilər iştirak ediblər. Hər 20 AZN bir uduş şansı yaradırdı.

1-ci tirajın qaliblərini təbrik edirik! Xatırladaq ki, 2-ci uduş fondunun oynanılması 30 avqust 2017-ci il tarixində keçiriləcək. Sizin də qalib olmağa şansınız var! Ödənişlərinizi AccessBank-ın Mastercard plastik kartları ilə edin ki, Siz də dəyərli hədiyyələrdən birini qazanasınız.

Lotereyanın şərtləri haqqında ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, facebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti