...

SOCAR il ərzində ixrac etdiyi xam neftin miqdarını açıqlayıb

İqtisadiyyat Materials 1 Avqust 2017 17:29 (UTC +04:00)
SOCAR bu ilin ilk 7 ayı ərzində 11 milyon 980 min tondan artıq xam neft ixrac edib.
SOCAR il ərzində ixrac etdiyi xam neftin miqdarını açıqlayıb

Bakı. Trend:

SOCAR bu ilin ilk 7 ayı ərzində 11 milyon 980 min tondan artıq xam neft ixrac edib.

Trend-ə şirkətdən verilən məlumata görə, SOCAR 2017-ci ilin iyul ayında Supsa limanından 264 min 489 ton, Ceyhan limanından 1 milyon 540 min 751 ton xam neft ixrac edib.

Ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 9 milyon 667 min 66 ton xam neft ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti