Bakı. Trend:
Azərbaycanda bir çox Çin brendlərinin rəsmi və yeganə distribyutoru olan "Sirena Motors" şirkəti ölkənin ikinci böyük şəhəri olan Gəncədə sərgi satış salonunu və servis mərkəzini açıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, bir neçə gündür fəaliyyət göstərən salonun rəsmi açılış mərasimi sentyabr ayının ilk 10 günlüyünə təsadüf edəcək. Gəncə salonu müştərilərinə Changan, Baic və Gac markalarının müxtəlif modellərini təqdim edir. Artıq avtomobil almaq üçün Bakıya gəlməyə ehtiyac olmayacaq. Bütün sənədləşmələr salonun daxilində baş tutacaq.
Xatırladaq ki, "Sirena Motors" 2013-cü ildən fəaliyyət göstərir. Bakı şəhərində şirkətin 4 sərgi satış salonu və bir servis mərkəzi fəaliyyət göstərir. Şirkətdən verilən məlumata görə, növbəti salon və servisin Lənkəran şəhərində açılması planlaşdırılır.
"Sirena Motors"da avtomobillər bir ildən beş ilədək sadələşdirilmiş lizinq şərtləri ilə satılır. İlkin ödəniş 15% təşkil edir. Ətraflı məlumat əldə etmək üçün şəhər nömrələrindən və mobil operatorlardan 1630 nömrəsinə zəng edə bilərsiniz.