...

Nazirlik: Qiymətləri tənzimlənmiş dərman vasitələrinin fərqli qiymətlərlə satışı qadağandır

İqtisadiyyat Materials 7 Sentyabr 2017 17:41 (UTC +04:00)
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.
Nazirlik: Qiymətləri tənzimlənmiş dərman vasitələrinin fərqli qiymətlərlə satışı qadağandır

Bakı. İlhamə İsabalayeva - Trend:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və ya yuxarı qiymətlərlə satışına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.

İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti