...

Azərbaycanda əhali 24.8 milyard manatı ərzaq, içki, tütün və daha nələrə xərclədi?

İqtisadiyyat Materials 16 Oktyabr 2017 19:29 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 24 milyard 800,8 milyon manatlıq məhsul satılıb.
Azərbaycanda əhali 24.8 milyard manatı ərzaq, içki, tütün və daha nələrə xərclədi?

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 24 milyard 800,8 milyon manatlıq məhsul satılıb.

Trend-in məlumatına görə, pərakəndə ticarət şəbəkəsində 12 milyard 556,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 244,7 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Xidmət subyektləri tərəfindən 5 milyard 979,4 milyon manatlıq ödənişli xidmət göstərilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,8 faiz artıb.

Xəbər lenti

Xəbər lenti