...

"Xalq Bank kartı ilə odəniş qazanclıdır" lotereyasının 24-cü tirajı keçirilib

İqtisadiyyat Materials 17 Oktyabr 2017 11:07 (UTC +04:00)
Oktyabrın 17-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 24-cü tirajı keçirilib.
"Xalq Bank kartı ilə odəniş qazanclıdır" lotereyasının 24-cü tirajı keçirilib

Bakı. Trend:

Oktyabrın 17-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 24-cü tirajı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, 24-cü tirajın qalibləri – son həftə ərzində 29 bilet toplayan Baxışlı Aqşin İlham oğlu, 25 biletlə Xəlilov Kənan Kamandar oğlu və 24 biletlə Kuxaleişvili Georq Xalq Bank tərəfindən Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə qazanıblar.

Cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər.

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

Lotereyanın 25-ci tirajı oktyabr ayınının 24-ü keçiriləcək və bu tirajda "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti