...

"AccessBank" Bakı Şopinq Festivalında hər gün müştərilərin xidmətində olacaq

İqtisadiyyat Materials 17 Oktyabr 2017 12:00 (UTC +04:00)
"AccessBank" Bakı Şopinq Festivalı zamanı hər gün müştərilərin xidmətində olacaq.
"AccessBank" Bakı Şopinq Festivalında hər gün müştərilərin xidmətində olacaq

Bakı. Trend:

"AccessBank" Bakı Şopinq Festivalı zamanı hər gün müştərilərin xidmətində olacaq.

Bankdan Trend-ə verilən məlumata görə, Bakı Şopinq Festivalı zamanı yerli və xarici vətəndaşların rahatlığını təmin etmək məqsədilə oktyabrın 15-dən noyabr 15-dək "AccessBank"ın “Səbail” filialı şənbə-bazar günləri daxil olmaqla, həftənin 7 günü müştərilərin xidmətində olacaq.

İş günlərində kassa 09:30 – 20:00, istirahət günlərində isə 11:00 – 16:00 saatlarında fəaliyyət göstərəcək.

“Səbail” filialı - R.Rza küç. 15 ünvanında yerləşir (tel. (994 12) 493 43 54).

"AccessBank" haqqında ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook və twitter səhifələrindən, eləcə də 151 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti