Bakı. Rufiz Hafizoğlu - Trend:
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vacib hadisədir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, ilk gündən bu layihənin reallaşdırılmasının vacibliyinə inandığını vurğulayıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi oktyabrın 30-da Bakıda keçiriləcək.