...

"Nobel Oil Services" əməkdaşları üçün ADA Universitetində təlim layihəsi həyata keçirilib (FOTO)

İqtisadiyyat Materials 6 Noyabr 2017 15:14
“Komanda Liderliyi” və “Dəyişikliklərin İdarəedilməsi” təlim modullarından ibarət “Liderlik Bacarıqları üzrə Fərdi Proqram” həyata keçirilib.
"Nobel Oil Services" əməkdaşları üçün ADA Universitetində təlim layihəsi həyata keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Nobel Oil Services şirkətlər qrupunun 35 nəfər orta və yüksək səviyyəli menecerləri üçün “Komanda Liderliyi” və “Dəyişikliklərin İdarəedilməsi” təlim modullarından ibarət “Liderlik Bacarıqları üzrə Fərdi Proqram” həyata keçirilib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Qrup üzrə İnsan Resursları departamentinin rəhbəri Ellada Alışova bildirib: “Hər bir şirkətin uğuru onun “əsas aktivi” sayılan peşəkar əməkdaşlardan asılıdır. Nobel Oil Services şirkətlər qrupu ixtisaslaşmış təlim proqramları vasitəsilə işçi heyətinin peşəkar inkişafını dəstəkləyir. ADA Universiteti ilə birgə layihəmiz orta və yüksək səviyyəli menecerlərin idarəetmə və liderlik bacarıqlarının inkişafına, eləcə də komanda məhsuldarlığının yüksəldilməsinə, innovasiyaların təmin edilməsinə və şirkətin rəqabət gücünün artırılmasına xidmət edir".

ADA Universitetinin İxtisasartırma proqramları üzrə Prorektor müavini Aygün Hacıyeva bildirib: "Proqramın sayəsində iştirakçılar və təlimçilər böyük təcrübə əldə etmişdirlər, belə ki təlimlər nəzəri və praktiki biliklərlə yanaşı yeni peşəkar əlaqələrin qurulması və birgə tədris üçün əlverişli mühit yaratmışdır. Bu interaktiv proqram menecerlərin komanda idarəçiliyi bacarıqlarını inkişaf etdirmək, dəyişikliklərin idarəedilməsi rolunu və uğur amillərini anlamaq, çətinlikləri təhlil etmək və qiymətləndirmək, eləcə də təşkilatda davamlı inkişafı təmin etmək üçün bacarıqları artırmaq məqsədilə keçirilib".

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti