...

Bərdə rayonu pambıq tədarükündə yenə liderdir

İqtisadiyyat Materials 15 Noyabr 2017 12:48 (UTC +04:00)
Bərdə rayonu pambıq tədarükünə liderlik edir. Rayon pambıqçıları ötən gün 305,37 ton pambıq təhvil veriblər.
Bərdə rayonu pambıq tədarükündə yenə liderdir

Bakı. Trend:

Bərdə rayonu pambıq tədarükünə liderlik edir. Rayon pambıqçıları ötən gün qəbul məntəqələrinə 305,37 ton pambıq təhvil veriblər.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, ötən gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 1738,52 ton pambıq təhvil verilib.

Komitədən bildirilib ki, respublika üzrə bu günə qədər 176 min 940,03 ton pambıq tədarük edilib.

15.11.2017-ci il tarixə pambıq tədarükünə dair operativ məlumat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti