...

Azərbaycan iş adamları pakistanlı investorlarla qarşılıqlı iş imkanlarını müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 17 Noyabr 2017 10:32 (UTC +04:00)
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Sind əyalətinə səfəri zamanı Kəraçi Sənaye və Ticarət Palatasının sədri və üzvləri ilə görüşüb.
Azərbaycan iş adamları pakistanlı investorlarla qarşılıqlı iş imkanlarını müzakirə edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Sind əyalətinə səfəri zamanı Kəraçi Sənaye və Ticarət Palatasının sədri və üzvləri ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Ə.Əlizadə Azərbaycanla Pakistan arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu, Pakistanın da böyük ölkə kimi geniş bazara və imkanlara malik olduğunu bildirib, cari ilin 9-12 noyabr tarixlərində Kəraçi şəhərində keçirilmiş iqtisadi-ticari sərgidə azərbaycanlı iş adamlarının da iştirak etdiyini və qarşılıqlı iş imkanlarını araşdırdıqlarını qeyd edib.

Azərbaycanda həyata keçirilən iqtisadi və ticari layihələr, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanları, xarici investorlar üçün yaradılan münbit şərait, sənaye, texnologiya parkları və orada iş adamlarına verilən güzəştlər, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında məlumat verən səfir Ə.Əlizadə Pakistanın Sind əyalətinin iş adamlarını Azərbaycana səfər edib ölkəmizin iqtisadi potensialı ilə tanış olmağa və sərmayə yatırmağa dəvət edib.

Sind əyalətinə səfər zamanı səfir həmçinin, Pakistanın sabiq prezidenti Asif Əli Zərdari və Pakistan Qəzetlər Cəmiyyətinin prezidenti, Jang qəzetlər qrupunun icraçı direktoru Sarmad Əli ilə də görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti