...

Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

İqtisadiyyat Materials 22 Noyabr 2017 12:58 (UTC +04:00)
Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

Bakı. Trend:

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gündən etibarən dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km yolun əsaslı təmirinə start verilib.

Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 406 km dəmir yolu əsaslı təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti