...

"Azərbaycan - Avrasiyaya yeni körpü" (FOTO)

İqtisadiyyat Materials 6 Dekabr 2017 10:48 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi tərəfdaşlığı ilə “Azərbaycan - Avrasiyaya yeni körpü” tədbiri keçirilir.
"Azərbaycan - Avrasiyaya yeni körpü" (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi tərəfdaşlığı ilə “Azərbaycan - Avrasiyaya yeni körpü” tədbiri keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov tədbiri giriş sözü ilə acaraq qonaqları salamlayıb və dövlət başçısı İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki son vəziyyət haqqında ətraflı məlumat verib.

Rusiya Federasiyası Ernst və Young şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyi ilə keçən tədbirdə "Azərbaycan Dəmir Yolları"nın regional intermodal daşımalarda rolu, Azərbaycanın tranzit potensialı: Avrasiyaya inteqrasiya yönündə Azərbaycanın hab kimi rolu, Qırğızıstan Respublikasında dəmir yolunun inkişafına dair ümumi məlumat, Trans-Qafqaz və Xəzər dənizi daşımalarının konteynerləşdirilməsi, Qərbi Çinin Yeni İpək Yolu vasitəsi ilə Qərbi Avropaya birləşdirilməsi, Cənubi Qafqaz nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişmələri, İqtisadi inkişaf üçün sərmayə və əməkdaşlıq, Nəqliyyat innovasiyaları və qarşılıqlı əlaqə, Yeni inteqrasiyalaşdırılmış dəmir yolu dəhlizlərinin yaradılması, Tehran metrosunun yenilənməsi, Yüksək sürətli qatarlarda yenilik və rəqəmsallaşdırma: açıq havada ilk yüksək sürətli qatar, Yüksək sürətli dəmir yolu nəqliyyatının davamlılığı və əlaqəli amillər, Dəmir yolunda kibertəhlükəsizlik risklərinin idarə olunması, Davamlılıq, dəmir yolunda yeni və bərpa olunan enerji mənbələri və digər məsələlər müzakirə olunur.

"Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizi və Mərkəzi Asiya dəmir yolu tədbiri təkcə regional bazarlardan nəqliyyat nazirlərini bir araya gətirməyəcək, o həm də dəmir yolunun inkişafına məsul şəxsləri, nəqliyyat operatorlarını, hökumət nümayəndələrini, podratçıları və təchizatçıları sərnişin və yük daşıma layihələri üçün strategiya, texnologiya və innovasiya barədə danışmaq üçün dəvət edəcək.

Xəzər dənizi və Mərkəzi Asiya dəmir yolu tədbiri, Xəzər, İran və Mərkəzi Asiya hökumətləri ilə birgə həyata keçiriləcək yeganə dəmir yolu hadisəsi olmaqla yanaşı, regional və beynəlxalq hökumət nümayəndələrinin iştirakı baxımından digər regional dəmir yolu tədbirlərindən fərqlənir.

Tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, İraq, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistanın və digər ölkələrin nəqliyyat nazirliklərinin, dəmir yolu şirkətlərinin, eləcə də özəl qurumların nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti