...

Azərbaycanla Çexiya arasında birbaşa aviareyslər açıla bilər (YENİLƏNİB)

İqtisadiyyat Materials 19 Dekabr 2017 11:56 (UTC +04:00)

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycanla Çexiya arasında birbaşa aviareyslər təşkil oluna bilər.

Trend-in məlumatına görə, bunu 2017-ci ildə Azərbaycan-Çexiya münasibətlərinin yekunlarına həsr olunan mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.

Diplomat qeyd edib: "Bundan əvvəl ölkələrimiz arasında birbaşa reyslər fəaliyyət göstərirdi. Lakin sonra bir sıra səbəblərdən, fikrimcə, əsasən iqtisadi səbəbdən dayandırıldı. Axı aviareyslər də biznesdir. Buna baxmayaraq, bizim aviaşirkətlərimiz arasında bu məsələ ilə bağlı danışıqlar aparılır və ümid edirəm ki, yaxın vaxtlarda bu narahatlıq aradan qaldırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti