...

2018-ci ildə Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaq

İqtisadiyyat Materials 29 Dekabr 2017 09:13 (UTC +04:00)
Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaq.
2018-ci ildə Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaq

Bakı. Trend:

Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaq.

Trend-in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədi ilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.

Ümumilikdə, qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyyə balansı və Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin həcmi 2018-ci ildə valyuta bazarını əhəmiyyətli təmin etməlidir. Manatın məzənnəsinin ümumi trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzun müddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir.

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla, Mərkəzi Bank 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

Faiz dəhlizinin parametrləri, iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla, müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq, uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti