...

"Kapital Bank"la özünü sevindir

İqtisadiyyat Materials 4 Yanvar 2018 10:05 (UTC +04:00)
"Kapital Bank"ın yeni ilin gəlişi münasibətilə müştərilərə təqdim etdiyi güzəştli kredit aksiyası davam edir.
"Kapital Bank"la özünü sevindir

Trend-i buradan izləyin

Bakı. Trend:

"Kapital Bank"ın yeni ilin gəlişi münasibətilə müştərilərə təqdim etdiyi güzəştli kredit aksiyası davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində "Kapital Bank"dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 3% endirim, ödəmə müddətinə 2 ay güzəşt və pulsuz BirKart təqdim edilir. Həmçinin 8 000 AZN-dək olan kreditlər zaminsiz verilə bilər. Aksiya 15 yanvar 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü "Kapital Bank"dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti