...

Təcili Pul Köçürmələriniz "Bank of Baku"nun Cash-in və İnternet Bankçılıq xidmətində

İqtisadiyyat Materials 29 Yanvar 2018 12:02 (UTC +04:00)

Bakı. Trend:

Təcili Pul köçürmələri sahəsində tətbiq etdiyi yenilikləri ilə günü-gündən sektorunun innovatoru adını doğruldan "Bank of Baku" müştərilərinə pul vəsaitlərini daha rahat və təhlükəsiz şəraitdə göndərmələri üçün təqdim etdiyi imkanları daha da təkmilləşdirdi.

Bankdan Trend-ə verilən məlumata görə, ötən aylarda müştərilərinə ödəniş terminalları və İnternet Bankçılıq vasitəsilə Contact Təcili Pul köçürmələri sistemindən istifadə imkanını təqdim edən Bank, xaricə pul köçürmə üzrə gündəlik limit məbləğini 500 USD-dək (AZN ekv.) artırıb.

Bununla yanaşı, hər zaman müştərilərinin rahatlığını düşünən Bank, məhz onlar üçün ölkəxarici pul köçürmələri xidmətini bankın bütün ödəniş terminallarında aktivləşdirdi.

Yəni, indi müştərilər istər Bankın filialları daxilində, istərsə də filialdan kənar ödəniş terminallarına yaxınlaşaraq 24/7 rejimində ölkəxaricinə pul köçürmə əməliyyatlarını həyata keçirə bilərlər.

Bunun üçün Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib,

Müştəri kodunu daxil etməli;
Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmalı;
Vəsaitin göndəriləcəyi ölkəni seçməli;
Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;
Əməliyyatı təsdiq etməli.

Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edə bilər.

Bankın müştəriləri nağd pul vəsaitini istər ödəniş terminalları, istərsə də İnternet Bankçılıq vasitəsilə aşağıdakı ölkələrə 24/7 rejimində sürətli göndərmək imkanı əldə edəcəklər:

Rusiya
Belarusiya
Gürcüstan
Qazaxıstan
Qırğızıstan
Moldova
Özbəkistan
Tacikistan

"Bank of Baku"nun ödəniş terminallarının ünvanları haqqında dəqiq məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı: 145 Məlumat Mərkəzi, www.bankofbaku.com, www.facebook.com/bankofbaku.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti