...

Amerikanın "ExxonMobil" şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarı olub

İqtisadiyyat Materials 16 Fevral 2018 22:16 (UTC +04:00)
Amerikanın "ExxonMobil" neft şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən "BTC Co"nun səhmdarlarının tərkibinə daxil olub
Amerikanın "ExxonMobil" şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarı olub

Bakı. Maksim Tsurkov - Trend:

Amerikanın "ExxonMobil" neft şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən "BTC Co"nun səhmdarlarının tərkibinə daxil olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda 2017-ci il üzrə fəaliyyət yekunlarına əsasən BP şirkətinin hesabatında deyilir.

"ExxonMobil" "CIECO" şirkətinin 2,5 faizini alıb.

Hesabatda bildirilir ki, razılaşma artıq baş tutub.

Hazırda 2002-ci il avqust ayının 1-də layihənin həyata keçirilməsi üçün təsis edilən "BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,9 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,5 faiz); "ExxonMobil (2,5 faiz); "ONGC" (2,36 faiz).

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

Neft kəmərinin ötürmə gücü sutkada 1,2 milyon barrel təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti