...

“AzerGold” QSC təhsil ocaqları ilə əməkdaşlığı davam etdirir (FOTO)

İqtisadiyyat Materials 2 Mart 2018 17:14 (UTC +04:00)
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycanın təhsil ocaqları ilə əməkdaşlığı davam etdirir.
“AzerGold” QSC təhsil ocaqları ilə əməkdaşlığı davam etdirir (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycanın təhsil ocaqları ilə əməkdaşlığı davam etdirir.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, 2018-ci il üçün müəyyən edilən fəaliyyət planı çərçivəsində fevral ayında “AzerGold” QSC-nin inzibati binasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), həmçinin Azərbaycan Texniki Universitetinin (ATU) tələbələri ilə görüş təşkil olunub. Müvafiq təlimatlandırılma və məlumatlandırılmadan sonra tələbələr Çovdar filiz emalı sahəsində təcrübə keçmək üçün Daşkəsən rayonuna yollanıblar. Çovdar filiz emalı sahəsində tələbələr geologiya, dağ-mədən və inşaat mühəndisliyi peşələri sahəsində praktik təcrübə toplayacaq, bu peşələri dərindən öyrənəcək. Tələbələrin qalması, qidalanması, işləməsi və tibbi müayinədən keçməsi üçün Çovdar filiz emalı sahəsində hər bir şərait yaradılıb.

Bununla yanaşı, fevralın 23-də ADNSU-da “AzerGold” QSC-nin mütəxəssisləri tələbələr üçün Azərbaycanın geoloji kəşfiyyatı və əlvan metal sənayesi haqqında geniş təqdimat keçib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Fevralın 27-də “AzerGold” QSC-nin insan resurslarının idarəolunması şöbəsinin mütəxəssisləri ADNSU-nun tələbələrinə CV-nin tərtib edilməsi, müsahibədə davranış qaydaları haqqında ətraflı məlumat veriblər.

Fəaliyyət planına uyğun olaraq, martın 2-də “AzerGold” QSC-nin mütəxəssisləri “ADA” Universiteti tərəfindən təşkil edilən 6-cı karyera yarmarkasında iştirak ediblər. Cəmiyyətin nümayəndələri yarmarka iştirakçılarına “AzerGold” QSC-nin fəaliyyəti, mövcud vakansiyalar və təcrübə proqramları haqqında ətraflı məlumat veriblər.

Cəmiyyətin fəaliyyəti və təklif etdiyi imkanlar yarmarka iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti