Bakı. Trend:
Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” şirkəti 2017-ci ilin son altı ayı ərzində həyat sığortası üzrə ödənişlərinin məbləğini açıqlayıb.
Trend-in məlumatına görə, ümumilikdə “Atəşgah Həyat” SŞ 2017-ci ildə istehsalatda bədbəxt hadisələrdən icbarı sığorta üzrə 1,737 978 AZN, həyat sığortasının digər növləri üzrə isə 5,387 645 AZN ödəniş edib.
2017-ci ilin son altı ayı ərzində “Atəşgah” Sığorta Şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ödənilən ən yüksək məbləğli həyat sığortası 49, 758 AZN olub. Həmin ilin may ayında istehsalat və satış fəaliyyəti ilə məşğul olan müəssisənin 3 nəfər işçisi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. “Atəşgah Həyat” SŞ tərəfindən vəfat edən şəxslərin qanun üzrə faydalanan şəxslərinə sığorta ödənişi edilib.
Eyni zamanda, həmin ilin avqust ayında könüllü müddətli həyat sığortası üzrə sığortalanmış sığorta olunanın xəstəlik səbəbindən vəfatı ilə əlaqədar onun vərəsələrinə 2017-ci ilin avqust ayında “Atəşgah Həyat” SŞ tərəfindən 119,049 AZN məbləğində sığorta ödənişi həyata keçirilib.
Bundan əlavə, kredit müqaviləsi üzrə borcalanların könüllü həyat sığortası üzrə ən yüksək məbləğli həyat sığortası 15000 AZN təşkil edib.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.