Yanko Yanakiev: Cənub Qaz dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycan əsas vasitəçidir (FOTO)

Yanko Yanakiev: Cənub Qaz dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycan əsas vasitəçidir (FOTO)

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) Bolqarıstan Respublikasının Avropa İttifaqı (Aİ) Şurasına sədr seçilməsi ilə bağlı beynəlxalq tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avstriya, Macarıstan, Türkmənistan, Serbiya, Xorvatiya, Misir, Yunanıstan, Litva, Niderland, Fələstin, Ruminiya, İsveç , ABŞ, Rusiya, Norveç, Polşa,Yaponiya və digər ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Avropa İttifaqı, Avropa Şurası rəsmiləri iştirak ediblər. Qonaqlar əvvəlcə BSU-nun foyesində bayram ab-havasına uyğun zurna, balabanla qarşılanıblar, “Arzu” rəqs ansamblının hazırladığı rəqslərə və tələbələrin ifasında səsləndirilən şeir və mahnılardan ibarət konsertə tamaşa ediblər.

Sonra foyedə təşkil olunmuş Yel çərşənbəsi və Novruz bayramına həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə bir-birindən rəngarəng bayram xonçaları qonaqlara təqdim olunub. Novruzun simvollarından olan Kosa və Bahar qızı tədbirin ovqatına maraq qatıb.

Sonra tədbir rəsmi hissə ilə davam edib.

Rəsmi hissəni giriş sözü ilə açan Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin 25 illik tarixindən danışıb. O, ölkələrimiz arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, xalqlarımızın bir-birinə yaxınlaşması sahəsində ardıcıl olaraq ciddi addımlar atıldığını nəzərə çatdırıb. R.Novruzov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni quruculuq işləri barədə məlumat verib. Professor Bakı Slavyan Universitetinin hər iki ölkə arasında qurulan humanitar əlaqələrdə mühüm rola malik olduğunu deyib, o cümlədən Bolqarıstanın qabaqcıl ali təhsil müəssisələri ilə BSU-nun əməkdaşlığından söz açıb. Bolqarıstanın birinci vitse-prezidentləri M.Popova, İ.Yotovanın BSU-da olmalarından və BSU nümayəndələrinin Bolqarıstan səfərindən danışan Rafiq Novruzov BSU-nun bugünki tədbirə ev sahibliyi etməsindən qürur hissi duyduğunu dilə gətirib.

Bolqarıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Yanko Yanakiev qonaqları salamlayıb, ölkələrimiz arasındakı münasibətlərin tarixindən və bugünkü real vəziyyətdən danışıb. Bolqarıstanın Avropa Birliyi Şurasına sədrliyi dövründə qarşısına qoyduğu prioritetləri sadalayan Y.Yanakiev həmçinin, BSU və Bolqarıstan arasında mövcud əməkdaşlıqdan söz açıb. Avropanın bu gün daha çox sabitliyə ehtiyacı olduğunu vurğulayan Y. Yanakiev deyib ki, birlik ümumi məqsədlərə çatmağın açarıdır və bu şüar Bolqarıstanın sədrliyi dövründə üzv dövlətlər arasında birliyi qoruyub saxlamağa çalışacağı mesajını verir: "Bolqarıstan sədrliyi dövründə gənclərin üzləşdiyi problemlərin həlli, ətraf mühit təhlükəsizliyi ilə bağlı istiqamətdə işlər aparacaq. Sədrliyimiz dövründə diqqətimiz iqtisadi artım, sosial birlik və gənclərin inkişafı məsələsinə köklənəcək", - deyə o bildirib. Y.Yanakiev deyib ki, enerji təhlükəsizliyini düşünmədən sabit Avropadan söz gedə bilməz: "Avropanın qaz təchizatı baxımından Cənub Qaz dəhlizi layihəsinin əhəmiyyəti var və bu layihənin həyata keçirilməsində Azərbaycan əsas vasitəçidir".

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas bu il ərzində Avropa İttifaqı nümayəndəliyinin rəhbərliyi altında Azərbaycanla bir çox sazişlərin imzalanacağını qeyd edib və bu ilin əlaqələrin inkişafında çox imkan yaradacağına ümidvar olduğunu dilə gətirib: "Azərbaycanın Avropanın alternativ enerji ilə təmin edilməsində böyük rolu var və bu da Avropa - Azərbaycan arasında əlaqələrin inkişafına yardım edir. Bu il Avropa İttifaqının Azərbaycanda fəaliyyətə başlamasının 10 illiyidir. Öz fəaliyyətimizlə xalqlarımız arasında mükəmməl əlaqələr formalaşdırmağa çalışırıq".

Bolqarıstanın Avropa Birliyi Şurasına ilk 6 ay ərzində sədr seçilməsi münasibətilə təbriklərini çatdıran səfir deyib ki, Bolqarıstanın sədr kimi nəzərdə tutduğu prioritetlər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir: "Bu sahədə müəyyən problemlər olsa da onları həll etməklə gələcəyə daha inamla addımlayırıq. Düşünürəm ki, Bolqarıstan bu 6 ay ərzində böyük işlər görəcək".

Sonra Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov və Milli Məclisin deputatı Rauf Əliyevin çıxışları dinlənilib. Bolqarıstan və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqdan söz açan N.Məmmədov deyib ki, Azərbaycan və Bolqarıstan arasında bu sahədə ticarət dövriyyəsi 35 milyon təşkil edir və iki ölkə arsında əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artması ilə bağlı danışıqlar aparılır. Çıxışçılar Bolqarıstanın Avropa Birliyi Şurasına sədrliyi dövründə Dağlıq Qarabağ məsələsinin ədalətli həllini tapacağına ümid etdiyini dilə gətiriblər.

Tədbir çərçivəsində son iki il ərzində Bolqarıstan nümayəndələrinin BSU-ya gəlişini dair video görüntülər nümayiş olunub, Azərbaycan-Bolqarıstan mədəniyyətini əks etdirən slayd təqdim edilib.

Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub
ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub
Loading Bars
Xəbər lenti
Moskva Prezident İlham Əliyevin üçtərəfli işçi qrupu ilə bağlı yanaşmasını bölüşür – Boçarnikov
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Nikol Paşinyan yenə koronavirusa yoluxub
Tikinti biznesinə dair ictimai müzakirələr təşkil olunub (FOTO)
Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək - Səfir
Rusiya səfiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkünlüyünü şərh edib
Azərbaycan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasına birinci dərəcəli diqqət yetirir - Azərbaycanın BMT-dəki nümayəndəsi
"3+3" formatı üzv ölkələrin ticari-iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək - Boçarnikov (FOTO)
Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı
Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar
ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub
Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir - Səfir
TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb
Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötüb - Səfir
Ruhi-əsəb xəstəsi DSMF-nin şöbəsini yandırmaq istədi
Oksigen terapiyası dərini cavanlaşdıracaq və qırışları hamarlaşdıracaq
Xudatda narkotik satan şəxslərə qarşı əməliyyat keçirilib
Hökməli qəsəbəsində "patı" satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva AŞPA-nın plenar sessiyasında təkliflər irəli sürüb
Sahibkarlara məhsullarını “Azərpoçt”da satmaq təklif olunur
Bakıda sərxoş kişi özünü dənizə atdı
Abşeronda dayı bacısı oğlunu güllələdi
“3+3” formatı təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir - Rauf Əliyev
Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını edib (FOTO)
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək (ÖZƏL)
Bakının mərkəzi küçəsində işıqforlarda yaranan problem aradan qaldırılıb
Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırıldı
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür (FOTO)
Azərbaycan nefti iki dollardan çox bahalaşıb
Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır (FOTO)
"Netflix"in işində nasazlıqlar yaranıb
Azərbaycanda ən çox pambıq yığımı olan rayonlar açıqlanıb
Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb
Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)
Xarici diplomlar hansı hallarda tanınmır?
Kapital Bank ev tikintisi üçün ipoteka krediti təklif edir
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib
Dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ötən gün 90-dan artıq toyda monitorinq keçirilib
Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb
Ramin Bayramlı yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA
Xarici valyutaların manata qarşı məzənnələri
ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqləyib
Məşhur MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Parisin Lagazetteaz.fr onlayn qəzeti yenilənmiş interfeysini təqdim edib (FOTO)
Türkiyədə ötən sutka koronavirusa 75 mindən artıq yoluxma qeydə alınıb
Konqo Demokratik Respublikasında güclü zəlzələ olub
Peru hökumətinin sədri koronavirusa yoluxub
Fransa prezidenti Putinə zəng etmək niyyətində olduğunu açıqlayıb
ABŞ strateji ehtiyatından 7 şirkətə 13,4 milyon barel neft verəcək
İtaliyada sutkalıq koronavirusa yoluxma hallarının sayı təxminən 2,5 dəfə artıb
Türkiyədə zəlzələ baş verib
"Parisien": Fransadakı yəhudilərin əksəriyyəti antisemitizmdən şikayətlənir
Pakistanda ilk dəfə qadın Ali Məhkəmənin üzvü olub
Fransada ötən gün koronavirusa 500 mindən artıq yoluxma qeydə alınıb
İsrail prezidenti BƏƏ-yə səfər edəcək
Dünyada koronavirusa yoluxanların sayı 350 milyonu keçib
İstanbul hava limanının bağlı qalacağı müddət uzadılıb
Koronavirusa yoluxma hallarında artım davam edə bilər - Vaksin olunmaq əsas çıxış yoludur
Bakıda Hindistanın Milli Turizm Günü qeyd olunub (FOTO)
Elton Con koronavirusa yoluxub
Hazırda Azərbaycan-İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir - TƏHLİL
"Ana" tropik fırtınası Afrikanın cənub-şərqində 46 nəfərin ölümünə səbəb olub
İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi
Saatlıda telefon satışı mağazasında yanğın olub
Türkiyədə "Pfizer" preparatından sonra "buster" doza olaraq "Turkovac" peyvəndi vurulacaq
Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Qubada ikimərtəbəli ev yanıb
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)
Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub
İspaniyada saxta "COVID pasportu" satan şəxslər saxlanılıb
İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib (FOTO)
Gömrük Sərnişin Məlumat Mərkəzinin açılış mərasimi keçirilib (FOTO)
Azərbaycanda koronavirusun yeni ştammına yoluxanların sayında artım davam edir - RƏSMİ
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Ümid edirik ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı artacaq - Səfir (FOTO)
Həyat yoldaşını güllələyən polisin işi yenidən istintaqa göndərilsin - Zərərçəkmiş
Dələduzluqda təqsirləndirilən qadına hökm oxundu
İranla Azərbaycan arasında tikiləcək yeni körpü yükdaşımaların artımına xidmət edəcək - Şahin Mustafayev
Astaraçay üzərində tikiləcək körpü İran və Azərbaycan arasında traniziti artıracaq
Azərbaycanın Avroviziyada iştirak tarixi məlum olub
Ermənistanda siyasi fraqmentasiya dərinləşir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb
“Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib (FOTO)
Sumqayıtın bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2468 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Astaraçay üzərində yeni körpünün təməli qoyulub (FOTO)
Bütün xəbərlər