...

“Azər-Türk Bank”da struktur dəyişikliyi edilib

İqtisadiyyat Materials 19 Aprel 2018 10:26 (UTC +04:00)
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən bankın baş ofisi üzrə yeni təşkilati struktur qüvvəyə minib.
“Azər-Türk Bank”da struktur dəyişikliyi edilib

Bakı. Trend:

“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən bankın baş ofisi üzrə yeni təşkilati struktur qüvvəyə minib.

ASC-dən Trend-ə verilən məlumata görə, Kredit və Biznesin inkişafı departamentlərinin bazasında Pərakəndə bankçılıq və Korporativ bankçılıq departamentləri yaradılıb.

Əvvəllər şöbə kimi fəaliyyət göstərən, Biznes proseslərin idarə edilməsi departamenti yaradılıb. Həmin şöbənin müdiri olmuş Araz Gəncəli yeni departamentin direktoru vəzifəsinə təyin edilib.

Yeni strukturda İdarə Heyəti sədrinin Aparatı, həmçinin bankdaxili protokollaşma və karküzarlıq funksiyalarını yerinə yetirən qurum olaraq, nəzərdə tutulub.

Bir sıra şöbə və departamentlərin adlarında dəyişikliklər edilib. O cümlədən, Strateji planlaşdırma və marketinq və Maliyyə institutları və hesablaşmalar departamentləri müvafiq olaraq Marketinq departamenti və Hesablaşmalar departamenti adlandırılıb.

Bu dəyişikliklər ilk növbədə fiziki və hüquqi şəxs olan müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması, sabit inkişafın təmin edilməsinə yönəldilib.

Bu barədə ətraflı məlumatı http://www.azerturkbank.az/bank/structure/ ünvanından əldə edə bilərsiniz.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti