...

“Azpetrol”un növbəti uğuru (FOTO)

İqtisadiyyat Materials 27 Aprel 2018 14:16 (UTC +04:00)
2017-ci ilin avqust ayında MDB ölkələri üçün dərc olunan «Современная АЗС» (Moskva) jurnalının keçirdiyi MDB məkanında “İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi Azpetrol şirkətinin “Mayak-2” YDM-i olub.
“Azpetrol”un növbəti uğuru (FOTO)

Bakı. Trend:

2017-ci ilin avqust ayında MDB ölkələri üçün dərc olunan «Современная АЗС» (Moskva) jurnalının keçirdiyi MDB məkanında “İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi Azpetrol şirkətinin “Mayak-2” YDM-i olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, mükafat 19 aprel 2018-ci il tarixində Moskva şəhərində “Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədova təqdim edilib.

Onu da qeyd edək ki, bundan öncə, 2015-ci ilin mart ayında yuxarıda adı çəkilən jurnal tərəfindən MDB məkanında “Ayın ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi şirkətin H.Əliyev prospekti 108 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi olub.

Bundan əlavə, 2015-ci ilin sonunda «Современная АЗС» jurnalının keçirdiyi MDB məkanında “İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi Azpetrol şirkətinin “Mingəçevir-2” YDM-i olub.

Azpetrol şirkəti 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin keçmiş Tbilisi prospektində (indiki Moskva) özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb. Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir.

Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 83 yanacaqdoldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir.
Şirkətin yanacaqdoldurma məntəqələrində müştərilərə texniki xidmət, avtomobil yuma, kafelər, motellər, mağazalar və s. xidmətlər təqdim olunur. Şirkət 2001-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline” sistemini tətbiq edib. 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının 6000-i ötdüyünü nəzərə alaraq, Azpetrol müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online” proqramının tətbiqinə başlayıb. 2006-cı ildən etibarən isə yanacaqdoldurma məntəqələrində müştərilərə Master Card, Euro Card və Visa Card plastik kartlar vasitəsilə ödəniş etmək imkanı yaradılıb.

Azpetrol şirkəti özündə üç istiqaməti – keyfiyyəti idarəetmə sistemini (İSO-9001:2015), ətraf mühiti idarəetmə sistemi (İSO-14001:2015), iş sağlamlığı və əməyin təhlükəsizliyini (OHSAS – 18001:2007) əks etdirən birləşmiş sisteminin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirir.

“Azpetrol”un həmçinin Şəki, Balakən, Qusar, Beyləqan, Gəncə, Mingəçevir və Qazax rayonlarında müştərilərin və qonaqların rahatlığını təmin etmək üçün onlara yüksək səviyyədə xidmət göstərən motelləri fəaliyyət göstərir.

Ötən illər ərzində Azpetrol şirkəti əldə etdiyi uğurlara görə bir çox xarici və yerli mükafatlara layiq görülüb. Bu mükafatlar arasında “Uğur”, “Biznes Pristij”, “Caspian Energy İntegration Award”, “Caspian Bisnes Award-2016”, “Caspian Energy Award -2017”, “Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz”, “Kraliça Viktoriya Xatirə Medalı” və digərləri var.

Azpetrol şirkətinin əsas məqsədi Azərbaycan iqtisadiyyatının özəl sektorunda tutduğu mövcud mövqeyini qoruyub saxlamaq və daha yüksək nailiyyətlər əldə edərək iqtisadiyyatımızın inkişafına töhfələr verməkdir.

İlin sonuna qədər Azpetrol şirkəti bir neçə yanacaqdoldurma məntəqələrində müştərilərinə yeni yanacaq növünü – SNG sıxılmış təbii qazı təqdim edəcək.

Azpetrol şirkəti gələcəkdə də uğurlar naminə daim xalqın xidmətindədir.

Azpetrol – daim inkişafa doğru!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti