...

Daşınar əmlakla bağlı reyestrdən çıxarışlar “ASAN xidmət”də veriləcək

İqtisadiyyat Materials 8 May 2018 17:04 (UTC +04:00)
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri artıq ASAN xidmət mərkəzlərində
Daşınar əmlakla bağlı reyestrdən çıxarışlar “ASAN xidmət”də veriləcək

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən istifadəyə verilmiş Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) xidmətlərinin əhali üçün daha əlçatan olması məqsədilə Palata və “İnnovasiyalar Mərkəzi” MMC arasında müqavilə imzalanıb.

Palatadan Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, Bakı şəhərində fəaliyyət göstərən 1 və 4 saylı “ASAN xidmət” mərkəzlərində Reyestrdən çıxarışların təqdim olunması üzrə ödənişli xidmətin göstərilməsi nəzərdə tutulub. Qeyd edək ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Bu günə qədər https://mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən Reyestrdə qeydiyyatdan keçənlərin sayı 600 nəfərə yaxın, bildirişlərin sayı isə 15,000-dən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti