...

Sahibkarlar ixracın genişləndirilməsini müzakirə ediblər

İqtisadiyyat Materials 1 İyun 2018 09:15 (UTC +04:00)
AZPROMO-nun təşkilatçılığı ilə Həştərxanda Azərbaycan və Rusiya şirkətləri təmsilçilərinin ikitərəfli görüşü keçirilib.
Sahibkarlar ixracın genişləndirilməsini müzakirə ediblər

Bakı. Trend:

Məlumat verildiyi kimi, bu ilin ilk ixrac missiyası Rusiya Federasiyasının Həştərxan vilayətinə təşkil edilib. İxrac missiyasına ölkəmizdə emal və kənd təsərrüfatı, yüngül sənaye, fındıq emalı, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox yerli şirkətin nümayəndəsi daxildir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, AZPROMO-nun təşkilatçılığı ilə Həştərxanda Azərbaycan və Rusiya şirkətləri təmsilçilərinin ikitərəfli görüşü keçirilib.

40-a yaxın Rusiya şirkətinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycan məhsulları barədə məlumat verilib, iqtisadi-ticarət əlaqələrinin, xüsusilə ixracın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti