Bakı. Elçin Mehdiyev – Trend:
Pensiyaya çıxanların sonradan pensiyalarını hesablamaq və digər məsələlərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat pul lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.
H.Rəcəbli qeyd edib ki, komitə bu qədər vəsaitin dövlət büdcəsindən ayrılması üçün qanunlara əlavə və dəyişikliklər edib:
“Bütün bunlar möhtərəm prezidentimizin xeyir-duası ilə görülən işlərdir. Prezident şəhid ailələrinə müavinətin verilməsi ilə bağlı daha bir addım atıb. Bu məqsəd üçün də 98 milyon manat vəsait lazımdır. Beləliklə, 300 milyon manata yaxın vəsait təkcə bu sosial məqsədlər üçün nəzərdə tutulur”.