Bakı. Trend:
"Mazda Motor Rus" şirkəti Rusiyada 8 mindən çox avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin iyununadək illərdə Rusiyada satılmış "Mazda 6" modellərinə şamil olunur.
Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.