...

Agentlik sədri turizm sənayesinin iştirakçılarını mərkəzləşdirilmiş əməkdaşlığa çağırıb (FOTO)

İqtisadiyyat Materials 29 İyun 2018 20:29 (UTC +04:00)
Hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm sənayesi inkişaf edir.
Agentlik sədri turizm sənayesinin iştirakçılarını mərkəzləşdirilmiş əməkdaşlığa çağırıb (FOTO)

Bakı. Trend:

Hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm sənayesi inkişaf edir.

Turizm və Menecment Universitetindən Trend-ə verilən məlumata görə, bunu universitetdə məzunlar qarşısında çıxış edərkən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib.

F.Nağıyev bildirib ki, əgər müstəqilliyimizin ilk illərində daha çox neft və qaz ehtiyatlarının istehsalı, daşınması və idarəedilməsi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi" haqqında fərmanında qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldilir. Bu strateji istiqamətlərdən biri kimi Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi müəyyən olunub.

F.Nağıyev vurğulayıb ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin gənclərdən əsas gözləntisi ölkə iqtisadiyyatının inkişafında aktiv iştirak etməkləridir.

Agentlik rahbərinin sözlərinə əsasən qurum öz fəaliyyətini yaxın illərdə aşağıda göstərilən prioritet sahələr üzrə inkişaf etdirəcək:

- yeni turizm siyasəti formalaşdırılacacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq;

- daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək;

- turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək;

- infrastruktur layihələriylə bağlı yeni inkişaf planları hazırlanıb icra olunacaq;

- dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək;

- turist məmnunluğunu artırmaq, turistlərin qalma müddətini uzatmaq və mövsümüliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq;

- Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərini yaradılması nəzərdə tutulur.

Sonda F.Nağıyev Azərbaycanın turizm potensialının inkişafı və möhkəmləndirilməsi üçün bu sahənin bütün iştirakçılarını mərkəzləşdirilmiş qaydada fəaliyyətə və əməkdaşlığa dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti