...

Ağstafada 5 kəndi birləşdirən yollar yenidən qurulub (FOTO/VİDEO)

İqtisadiyyat Materials 2 İyul 2018 15:15 (UTC +04:00)
Ağstafa royonunda Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
Ağstafada 5 kəndi birləşdirən yollar yenidən qurulub (FOTO/VİDEO)

Bakı. Trend:

Ağstafa royonunda Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, marşrut üzrə 10 km uzunluğunda olan yolun hərəkət hissəsində qabarmalar və çökmələr, çalalar əmələ gəlmişdi. Avtomobil yolunun Qarahəsənli kəndinin ərazisindən keçən hissəsində yolun uzunluğu 2 km, Kolayır kəndinə giriş yolunun uzunluğu 1.8 km, enləri isə 5-6 metr arasında dəyişirdi və yol əsası ilə yol geyiminin V texniki dərəcəyə uyğun bərpası tələb olunurdu. Düzqışlaq-Molla Cəfərli-Xılxına avtomobil yolunun uzunluğu 6.2 km-dir, və yolun 3.7 km-i IV texniki dərəcəyə, 2.5 km hissəsi isə V texniki dərəcəyə uyğun əsaslı təmir olunmalı idi.

Bu üzdən sözügedən yollar üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.

Tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək yayılıb və kipləşdirilib. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə plana salınaraq kipləşdirilib və yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Bundan başqa çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülüb.

Yol əsası hazır olan hissələrə isə layların əlaqələndirilməsi üçün bitum səpilib və örtüyün alt qatı iri dənəli, üst qatı isə xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.

Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton borularaq quraşdırılıb və başlıqlarının tikintisi aparılıb.

Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılıb, 30 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkilib.

4 mindən artıq əhalinin yaşadığı Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti