...

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı genişləndirir (FOTO)

İqtisadiyyat Materials 4 İyul 2018 17:04 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Pakistanın Ravalpindi Ticarət-Sənaye Palatası qarşılıqlı anlaşma memorandumu imzalayıb
Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı genişləndirir (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Pakistanın Ravalpindi Ticarət-Sənaye Palatası qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, sənədi AZPROMO-nun sədri vəzifələrini icra edən Yusif Abdullayev və Ravalpindi Ticarət-Sənaye Palatasının rəhbəri Zahid Lətif Xan imzalayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar-may aylarında Pakistanla ticarət dövriyyəsi 5,82 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 38,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti