Yeni Yasamalda bu küçə yenidən qurulur (FOTO/VİDEO)

Yeni Yasamalda bu küçə yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işləri yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

Uzunluğu 1.6 km, eni əvvəllər 7-8 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsidir.

Ümumilikdə layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı müterial tökülüb kipləşdirilib.

Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su,qaz,rabitə,elektrik və s.) bərpa olunub, yeniləri çəkilib və ya yolun hərəkət hissəsindən kənarlaşdırılıb, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyyat borular atılıb. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulub.

Ümumilikdə sadalanan işlər çərçivəsində küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 110 ədəd yeni baxış qapaqları qoyulub.

Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılıb. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınıb. Belə ki, küçə boyu hər bir istiqamət üzrə ümumi uzunluğu 3.2 km olan yeni piyada səkiləri inşa edilib. Piyada səkilərinin kənarlarına 6400 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədi ilə 4 yerdə 4 metr enində xüsusi “cib”li hissələr yaradılıb.

Hazırda küçə boyu əlaqələndirici bitum səpilməklə 47100 kv.m sahədə yol örtüyünün alt qatının iri dənəli, üst qatının isə xırda dənəli asfalt – beton qarışığı ilə tikintisi aparılır.

Yaxın günlərdə asfaltlanma işləri bitən kimi küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, 92 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında sözügedən ünvanda hərəkətin normallaşmasına xidmət edən yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər yekunlaşdırılacaq və Əsəd Əhmədov küçəsi tam olaraq vətəndaşların istifadəsinə veriləcək.

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə - Şəhid Arif Rüstəmov (FOTO)
Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə - Şəhid Arif Rüstəmov (FOTO)
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ
Loading Bars
Xəbər lenti
Nikol Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
"Brent" markalı neftin qiyməti fevralın 22-dən ilk dəfə 63 dollardan aşağı düşüb
Afrikada koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 103 mini keçdi
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub
"Bitcoin"in qiyməti 10 faiz bahalaşıb
Ağdaşda ev yanıb
Konqo Demokratik Respublikasında 15 nəfər naməlum xəstəlikdən ölüb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
Bakıda mansarda tipli evdə yanğın olub, 4 nəfər xilas edilib
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Abşeron rayonunda 3 otaqlı ev yanıb
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb (FOTO)
Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə - Şəhid Arif Rüstəmov (FOTO)
Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar (FOTO)
Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib (FOTO)
Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub
Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir - Vüqar Rəhimzadə
Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əlliyə yaxın sualını cavablandırıb (FOTO)
Azərbaycanda zəlzələ olub
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Balakəndə 2 otaqlı ev yanıb
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır (FOTO)
Soydaşlarımız Almaniya bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb (FOTO)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb
Sidneydə Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən avtomobil hərəkət edib (FOTO)
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanılıb (FOTO)
Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı
Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında (VİDEO)
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq (FOTO)
Unibank daha 3 mükafat qazanıb
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib (FOTO)
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Novruz bayramı ərəfəsində «PAŞA Həyat» hədiyyəli bahar kampaniyasına start verib
Sarkozi 3 il müddətinə həbs olundu
Ermənistan prezidenti Paşinyanla görüşüb
Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev
AQTİ-dən qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub
AQTA 21 müəssisədə qayda pozuntusu aşkarladı
İranda Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub (FOTO)
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb
Heyvanların identifikasiyası aparılır
Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib (FOTO)
Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik - Assosiasiya sədri
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib (FOTO)
Finlandiyada fövqəladə vəziyyət elan olundu
Cinayət qanunvericiliyində 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib - Fikrət Məmmədov
Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir
Prezident regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi - Deputat
Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi
AFFA 4 klubu cərimələdi
16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib
“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb (FOTO)
ADU-da “Arzuları həyata keçirən möcüzəvi Çin fənərləri” bayramı qeyd olunub
"Barselona"nın keçmiş prezidenti saxlanıldı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub (FOTO)
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Bütün xəbərlər