...

Bərdədə iki yaşayış məntəqəsinə təbii qaz verilib

İqtisadiyyat Materials 18 İyul 2018 18:05 (UTC +04:00)
Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib
Bərdədə iki yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı. Trend:

Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib.

Azəriqaz İB-dən Trend-ə verilən məlumata görə, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 950 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti