...

“ASAN xidmət”ə 23 milyonuncu müraciət qeydə alınıb (FOTO)

İqtisadiyyat Materials 26 İyul 2018 16:58 (UTC +04:00)
“ASAN xidmət”ə 23 milyonuncu, o cümlədən Səyyar “ASAN xidmət”ə 1 milyon 500 mininci vətəndaş müraciəti qeydə alınıb.
“ASAN xidmət”ə 23 milyonuncu müraciət qeydə alınıb (FOTO)

Bakı. Trend:

“ASAN xidmət”ə 23 milyonuncu, o cümlədən Səyyar “ASAN xidmət”ə 1 milyon 500 mininci vətəndaş müraciəti qeydə alınıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu müraciətin sahibi Gədəbəy rayon sakini Hüseyn Qarayev olub. O, Gədəbəy rayonunda Səyyar “ASAN xidmət”ə müraciət edərək Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

23 milyonuncu müraciətin sahibi kimi Hüseyn Qarayev təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar “ASAN qatar” vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti