Bakı. Trend:
Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin ilk yarımilliyi üçün maliyyə hesabatını təqdim edib.
SQ-dan Trend-ə verilən məlumata görə, şirkətlərin 2018-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 48 milyon manat təşkil edib.
“Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk altı ayı ərzində sığorta haqlarının həcmi 19 840 222 manat təşkil etməklə keçən ilin analoji dövrü ilə müqayisədə 3 191 973 manat və ya 19% artıb. Sığorta ödənişlərinin həcmi isə 9 751 863 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 223 677 manat və ya 29% çoxdur.
“Atəşgah” SŞ-nin 2018-ci ilin ilk altı ayı ərzində ən çox ödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olub ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 5 529 190 manat təşkil edib. Qeyd edək ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 6.2% artıb.
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları isə 2017-ci ilin ilk altı ayı ilə müqayisədə 77.22% artaraq 28 165 000 manat təşkil edib.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.