...

Daha bir qəsəbə mavi yanacaqla təmin olunub

İqtisadiyyat Materials 11 Sentyabr 2018 13:44 (UTC +04:00)
Lənkəran rayonunun Haftoni qəsəbəsinə təbii qaz verilib.
Daha bir qəsəbə mavi yanacaqla təmin olunub

Bakı. Trend:

Lənkəran rayonunun Haftoni qəsəbəsinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) Trend-ə verilən məlumata görə, 612 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 883 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 27 min 424 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda rayonun Mollakənd və Şovu kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti