...

Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin artırılması barədə razılığa gəlib

İqtisadiyyat Materials 18 Sentyabr 2018 15:52 (UTC +04:00)
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin  artırılması barədə razılığa gəlib

Bakı. Trend:

Kişinyovda Azərbaycanla Moldova arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Moldova Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Moldova nümayəndə heyətinə Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi xanım Yelena Koçkovski rəhbərlik edib.

Yelena Koçkovski Moldovada son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Moldova ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat infrastrukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.

Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Moldova avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin artırılması barədə tərəflər razılığa gəlib.

Sonda əməkdaşlığa dair Protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti