...

"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb

İqtisadiyyat Materials 23 Sentyabr 2018 11:54 (UTC +04:00)
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılıb
"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb

Bakı. Samir Əli - Trend:

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılıb. Bu barədə Trend-ə "Azərişıq" ASC-dən bildiriblər.

Qeyd olunub ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal, Qərb və Cənub Regional Elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub, elektrik verilişi xətlərində "Azərişıq" ASC əməkdaşları qabaqlayıcı tədbirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamüddətli fasilə yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti