...

Gədəbəyin 9 yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

İqtisadiyyat Materials 3 Oktyabr 2018 14:38 (UTC +04:00)

Bakı. Trend:

Gədəbəyin 9 yaşayış məntəqəsinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, cari ildə ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub.

Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlərin xeyli hissəsi tamamlanaraq yaşayış məntəqələrinin əksəriyyətində sayğac quraşdırma işləri aparılıb.

Gədəbəy rayonunun 852 fərdi evdən ibarət (Fərzalı, Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli, Zamanlı, Arabaçı, Bəydəmirli və Turşsu) kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 106.541 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Bundan əlavə, Gədəbəy rayonunun Şınıx bölgəsində Sonalar, Hacılar, Mormor, Cücanlı, Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə və rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir.

Tezliklə qeyd olunan yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti