...

Açılışı təxirə salınan bal yarmarkasının açılış mərasimi bu gün olacaq

İqtisadiyyat Materials 8 Oktyabr 2018 10:59 (UTC +04:00)

Bakı. Trend:

Bu gün saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, oktyabrın 5-də yarmarkanın açılışı hava şəraiti pisləşdiyinə görə təxirə salınmışdı.

Oktyabrın 28-dək davam edəcək yarmarkada 150 ton bal satışa buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti