...

"Mazda" 21 minə yaxın avtomobili geri çağırır - SƏBƏB?

İqtisadiyyat Materials 23 Oktyabr 2018 10:34 (UTC +04:00)

Bakı. Trend:

"Mazda Motor" şirkəti Rusiyada 21 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin dekabrınadək Rusiyada satılmış "Mazda 6" modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti