...

"Orifleym Azərbaycan" - 20 illik tarixi olan uğur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 29 Oktyabr 2018 14:28 (UTC +04:00)
Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir
"Orifleym Azərbaycan" - 20 illik tarixi olan uğur (FOTO/VİDEO)

Bakı. Trend:

1967-ci ildə af Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər. Beləliklə, Orifleym yarandı! Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimizi Orifleymlə əməkdaşlıq edən məsləhətçilərdən ibarət satış gücü dünya bazarlarında satır.

Orifleym pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən insanlara öz biznesi ilə məşğul olmaq imkanı yaradır. "Bu gün qazan və sabah arzularını həyata keçir™" bizim biznes konseptimizdir

Birlik, RuhEhtiras - Orifleymi möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq biz inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilirik.

50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzimizin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnologiyalar axtarışındadır.

Hal-hazırda insanlar gözəlliyin - sadəcə kosmetika dolu bankalar olmadığını artıq anlamışlar. Müvafiq olaraq, "gözəlliyin daxilin və xaricin harmosniyası kimi" qəbul olunmasına doğru bir irəliləmə baş vermişdir. Bir isveç brendi kimi bizim üçün gözəllik hər zaman daha böyük anlam olmuşdur. Burada insanın həm necə göründüyü, həm də özünü necə hiss etdiyi çox vacibdir. "Həqiqi gözəllik - həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzidir".

Orifleym Azərbaycan - 20 illik tarixə malik uğur haqqında

Orifleym Azərbaycan şirkətinin əsası rəsmi olaraq 1998-ci il fevralın 9-da qoyulub.

Zaman heç vaxt dayanmadığı kimi, bu 20 il ərzində Orifleym-Azərbaycan da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir.

Bütün bu illər ərzində Orifleymə inanan insanlar, bizə və bizim keyfiyyətimizə inananlar, bizim etdiyimizə inananlar və bizim gözəllik həyat tərzi kimi baxışımıza inanan insanlar bizimlə əməkdaşlığa davam etmiş, birgə inkişaf etmişdir.

2018-ci il Orifleym şirkəti üçün əlamətdar bir tarixdir: şirkət 20 illik yubileyini qeyd edir. Bu il Oriflame şirkətinin Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd etdik, "Gözəl dəyişimlər" layihəsində dünyanı daha yaxşıya doğru dəyişmək yolları haqqında danışdıq, sübut etdik ki "həqiqi gözəlliyin yaşı olmur", sizinlə birgə "Həqiqi yay" yaşadıq.

Şirkət öz nailiyyətləri ilə qürur duyur və gələcəkdə öz müştəri və partyorları üçün daha cəzbedici, effektiv və maraqlı təkliflər hazırlamağı planlaşdırır.

Qeyd edək ki, "Orifleym" şirkətinin 20 illik yubileyi ilə bağlı 26 oktyabr tarixində Fairmont Baku otelində mətbuat konfransı keçirilib. Mətbuat konfransında İsveçin Azərbaycandakı səfiri Kristian Kamill, Qafqaz ölkələri üzrə vitse-prezident və Azərbaycan üzrə Baş direktor Kemal Kaya və Marketinq və Satışa dəstək üzrə menecer Dürdanə Bağıyeva və digər qonaqlar iştirak ediblər. Mətbuat konfransında "Oriflame" şirkətinin qlobal səviyyədə və Azərbaycandakı fəaliyyəti və istehlakçılara təqdim ediləcək yeni layihələr haqqında media nümayəndələrinə geniş məlumat verilib.

20 illik tarixə malik uğur - bu sadəcə başlanğıcdır!

Şirkət haqqında faktlar

Orifleymin təmsil olunduğu ölkələrin sayı-60-dan çox
Orifleym əməkdaşlarının sayı-təqribən 7000
Məhsul çeşidi-təxminən 1000 adda müasir təbii isveç kosmetikası
Şəxsi fabriklərinin yerləşdiyi ölkələr-Rusiya, Polşa, Çin və Hindistan

www.oriflame.az

https://www.instagram.com/oriflame_official_azerbaijan/

https://www.facebook.com/OriflameAzerbaijanOfficial

Məqalədə:
Xəbər lenti

Xəbər lenti