...

Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim ediləcək

İqtisadiyyat Materials 8 Noyabr 2018 13:48 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir müavini yeni doğulan uşağa təyin edilən birdəfəlik müavinətin artırılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, əlilliyin təyin edilməsi ilə bağlı mütərəqqi addımlar atılıb, daha da təkmilləşmə lazımdır: “Əlilin təkrar iki komissiyadan keçməsinə ehtiyac yoxdur. Onsuz da bunlar Səhiyyə Nazirliyinin tibb müəssisələrində müayinədən keçirlər. Hazırda əlilliyin müəyyənləşdirilməsində neqativ hallar aradan qaldırılıb. Pensiya təminatı sistemində əlillərin sayı 30 faiz üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur”.

Nazir müavininin sözlərinə görə, hazırda II və III qrup əlillik təyin edilən insanların sayı minimumdur: “Onlar minimum sığorta kapitalı yığmasalar, pensiya təyin edilmir. I qrup əlilliyin təyin edilməsində də müəyyən neqativ hallar var, bunun qarşısını da almaq üçün araşdırmalar aparırıq. Kimin hüququ çatmırsa, yanlış əlillik təyin edilibsə, onların əlilliyinə yenidən baxılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti