Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ABŞ-a səfər edib (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ABŞ-a səfər edib (FOTO)

Bakı. Trend:

7-8 noyabrda ABŞ-ın Boston şəhərində ABŞ-Xəzər İnnovasiya Sammiti keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil olunub.

Trend-in məlumatına görə, KOBİA-nın təşkilatçılığı ilə nümayəndə heyətində innovasiya, təhsil və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən müəssisələr təmsil olunub.

Sammitin əsas məqsədi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən islahatlar, həmçinin innovasiya prosesləri, startapların stimullaşdırılması, araşdırma və inkişaf məsələlərinə dair fikir mübadiləsi və müzakirələr aparılması idi.

Sammitdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə hazırda etibarlı tərəfdaş kimi bir sıra transmilli enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası prioritetdir, bu istiqamətdə önəmli işlər görülüb və hazırda da davam etdirilir.

Qeyd olunub ki, qanunvericilik və institusional sahədə aparılan uğurlu islahatlar nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizədək azalıb. Azərbaycanda 9 mindən çox xarici investisiyalı şirkət qeydiyyatdan keçib, iqtisadiyyata 250 milyard ABŞ dollarından artıq investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Azərbaycanın əldə etdiyi uğurlar nüfuzlu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 25-ci yerə yüksəlib, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.

Agentlik rəhbəri Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icra edildiyini, strateji hədəflərdən birinin məhz ölkədə kiçik və orta biznesin inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması olduğunu diqqətə çatdırıb. Bu məqsədlə KOBİA-nın yaradıldığını bildirən Orxan Məmmədov qurumun fəaliyyəti, kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirəcəyi tədbirlər və dəstək mexanizmləri barədə məlumat verib.

Vurğulanıb ki, “KOB Dostu” əsasən regionlarda sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. “KOB Evləri” Azərbaycanın yeni milli brendi olaraq “bir pəncərə prinsipi” ilə fəaliyyət göstərəcək, burada kiçik və orta biznesə 30-dan çox dövlət qurumunun 100-dən artıq xidmətləri göstəriləcək. Dövlət-özəl tərəfdaşlığının (PPP) inkişaf mərkəzi isə Azərbaycanda ilk institusional təşəbbüs olmaqla, PPP-yə dair proqramlar və təlimatlar hazırlayacaq, bu sahədə mərkəzi məlumat bazasını idarə edəcək. KOB İnkişaf Fondları xarici və yerli investorlar üçün uğurlu maliyyələşmə mexanizmləri yaradacaq, KOB-ların və startapların biznes təşəbbüslərini dəstəkləyəcək. KOB klasterlərinin yaradılması prosesində qabaqcıl beynəlxalq təcrübə tətbiq olunmaqla sahibkarlar üçün güzəştlər və dövlət dəstəyi mexanizmləri müəyyənləşdiriləcək. KOB İnkişaf Mərkəzləri sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes ideyalarının dəstəklənməsinə, maliyyə resurslarına çıxışın asanlaşdırılmasına xidmət edəcək.

Sammit çərçivəsində, həmçinin biznes-inkubatorların inkişafı və innovativ biznesə dəstək sahələrində ixtisaslaşmış “Cambridge İnnovation Center” və “Mass Challenge” şirkətlərinin təmsilçiləri ilə birgə əməkdaşlıq imkanları müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Agentliyin nəzdində yaradılacaq KOB İnkişaf Mərkəzləri ilə həmin şirkətlər arasında təcrübə mübadiləsi və müxtəlif dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.

Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Loading Bars
Xəbər lenti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur - Armen Sarkisyan
Sahibə Qafarova rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib (FOTO)
Merkel "AstraZeneca" vaksini ilə peyvənd olunub
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib
TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlanıb (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Fermerlərin 92,06 faizinə subsidiya ödənilib
Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Prezident İlham Əliyev: Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Aİ-nin xüsusi nümayəndəsinin David Babayanla görüşü separatizmin stimullaşdırılmasına xidmət edir
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub (FOTO)
Belarus hər zaman Azərbaycana dost ölkə olub - Deputat
Azərbaycan Beynəlxalq Bankından süni intellekt sahəsində beynəlxalq konfransa dəstək
Aİ ötən il inkişaf məqsədilə ayırdığı rəsmi maliyyə yardımının həcmini 66,8 milyard avroya çatdırıb
Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA
Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq
Azərbaycanda 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib
Qubadlı rayonunun Məmər kəndi (FOTO/VİDEO)
5 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)
654 nəfər Azərbaycandan deportasiya olunub
Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir - "Azərişıq"
Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir (FOTO)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Bakıda 17 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Ortaq Media Platforması milli maraqlarımızın qlobal media müstəvisində qorunmasına xidmət edəcək - Deputat
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir (FOTO/VİDEO)
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağıda yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Bütün xəbərlər