...

Bu gün paytaxtın 3 rayonunda su olmayacaq

İqtisadiyyat Materials 10 Noyabr 2018 14:08 (UTC +04:00)
Bu gün Bakının 3 rayonunda içməli suyun verilməsində fasilə olacaq.
Bu gün paytaxtın 3 rayonunda su olmayacaq

Bakı. Trend:

Bu gün Bakının 3 rayonunda içməli suyun verilməsində fasilə olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Belə ki, Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətraf əraziləri), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) gün ərzində içməli suyun verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti