...

“Azəriqaz”: Bu il 100-dək yaşayış məntəqəsi qazlaşdırılıb

İqtisadiyyat Materials 13 Noyabr 2018 15:51 (UTC +04:00)
Cari ildə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 99 yaşayış məntəqəsinə təbii qaz verilib.
“Azəriqaz”: Bu il 100-dək yaşayış məntəqəsi qazlaşdırılıb

Bakı. Trend:

Cari ildə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 99 yaşayış məntəqəsinə təbii qaz verilib.

İB-dən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində 2848 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 208,8 kilometr qaz kəməri əsaslı təmir olunub.

Bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 99 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti