...

Hesab.az mobil tətbiqinin özəllikləri

İqtisadiyyat Materials 22 Noyabr 2018 12:01 (UTC +04:00)
Onlayn ödənişlərin genişləndiyi dövrdə "Goldenpay" şirkəti Hesab.az onlayn ödəmə portalı ilə olduqca geniş istifadəçi kütləsini öz ətrafında cəmləməyə nail olub.
Hesab.az mobil tətbiqinin özəllikləri

Bakı. Trend:

Onlayn ödənişlərin genişləndiyi dövrdə "Goldenpay" şirkəti Hesab.az onlayn ödəmə portalı ilə olduqca geniş istifadəçi kütləsini öz ətrafında cəmləməyə nail olub. Yaradıldığı gündən etibarən əsas məqsədi istifadəçi yönümlü olması və dövrün texnoloji tələblərinə rahat şəkildə uyğunlaşa bilməsi olub. Həm veb, həm də mobil versiyada istifadə olunan Hesab.az ən son yeniləmədən sonra daha da rahat və istifadə yönümlü olub.

370 000-dən çox qeydiyyatlı istifadəçi öz ödənişlərini Hesab.az vasitəsi ilə həyata keçirir və 2017-ci illə müqayisədə yeni istifadəçilərin sayı iki dəfə artıb. Bu göstəricilərə əsasən demək olar ki, yeniliklər və funksionallıq istifadəçilərin rəğbətini qazanıb.

Hesab.az mobil tətbiqini ümumilikdə 235 000 - dən çox istifadəçi yükləmişdir və gün keçdikcə say etibarilə ciddi artım nəzərə alınır. Baxmayaraq ki, Hesab.az yenilənmiş tətbiqi avqust ayının sonunda istifadəyə verilib. Həm İOS, həm də Android əməliyyat sistemlərində istifadə edilən Hesab.az mobil tətbiqi hər kəsin ən yaxın daşına bilən ödəmə köməkçisinə çevrilib.

Mobil tətbiq xüsusi ilə də yolda, səyahətdə, kompüterin sizinlə olmadığı yerlərdə sizə daha çox yardımçı olacaq. Hər zaman və hər yerdə ödənişlərini həyata keçirmək üçün istifadəçilər mobil tətbiqi App Store və Play Store-dan yükləyə bilərlər. Beləliklə, ödəmələriniz zamanı əlavə vaxt itkisinə ehtiyac olmadan sizə ən yaxın və əlçatan vasitədən, yəni mobil telefonunuzdan istifadə edəcəksiniz.

Bundan əlavə, mobil tətbiqin daha bir üstünlüyü sizin təyin etdiyiniz xüsusi təhlükəsizlik kodu vasitəsi ilə hesabınıza kənar şəxslərin daxil ola bilməsini əngəlləyir. Belə ki, bu zaman barmaq izi və üz tanıma funksiyası aktiv olur. Nəticədə hesaba daxil olan siz olmadığınız təqdirdə giriş uğursuz olur. Eyni zamanda siz müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişini həyata keçirə bilərsiniz. 100-dən çox xidmətə ödəmə və eyni zamanda avtomatik ödəmə seçimi içinizi daha da asanlaşdıracaq. Sürətli ödəniş edərkən bütün məlumatlarınızın tam təhlükəsizliyi də həmçinin təmin olunur.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti "GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında "GoldenPay" şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti