...

Analitik Ekspertiza Mərkəzi şirkətlərə müraciət edib

İqtisadiyyat Materials 23 Noyabr 2018 09:34 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bioloji fəallığa malik qida əlavələrini idxal edən şirkətlərə müraciət edib.
Analitik Ekspertiza Mərkəzi şirkətlərə müraciət edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bioloji fəallığa malik qida əlavələrini idxal edən şirkətlərə müraciət edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi” Qaydasına əsasən bioloji fəallığa malik qida əlavələrinin ekspertizasını Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi həyata keçirir. Aparılan ekspertizalar üçün şirkətlər tərəfindən təqdim edilən sənədlərin “Bir pəncərə” prinsipi ilə qəbulunu asanlaşdırmaq məqsədilə bioloji fəallığa malik qida əlavələrini idxal edən şirkətlər üçün sənəd qəbulu günləri artırılıb.

Belə ki, şirkətlər tələb olunan sənədlərini həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri (I,III,IV) saat 9:00-dan 13:00-a qədər Analitik Ekspertiza Mərkəzinin “Bir pəncərə” xidmətinə təqdim edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti