...

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 26 Noyabr 2018 17:05 (UTC +04:00)
“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzüsunda növbəti dəyirmi masaları Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarında təşkil edib.
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması müzakirə edilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzüsunda növbəti dəyirmi masaları Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarında təşkil edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirlərdə işəgötürənlərin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”ndan irəli gələn vəzifələrin icrası sahəsində sosial partnyorluq müstəvisində görüləcək işlər ətraflı müzakirə olunub. Qarşıda duran əsas vəzifələrdən birinin də qeyri-rəsmi məşğulluğa yol verilməsi hallarının qarşısının alınması olduğu vurğulanıb.

Bu istiqamətdə tədbirlərin gücləndirilməsi, habelə işsiz və işaxtaranların münasib işlərlə təminatı istiqamətində işəgötürənlərlə birgə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı sosial dialoq çərçivəsində müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti